“Əl-Qaidə” liderindən sülh çağırışı

“Əl-Qaidə” liderindən sülh çağırışı
  23 Yanvar 2014    Oxunub:1131
Terrorçu təşkilatın rəhbəri Ayman əl-Zəvahiri Suriyadakı münaqişə tərəflərindən qan tökməyi dayandırmağı tələb edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Əl-Qaidə” təşkilatının lideri Ayman Əl Zəvahiri audiomüraciətində Bəşər Əsədə qarşı vuruşan müxalifətin daxili toqquşmalardan vaz keçməyə çağırış edib.

“Bəşər Əsədin devrilməsinə çalışan bütün xoşməramlı insanlar dərhal Cihad yoldaşlarının qanını axından qardaş qırğınını dayandırmaldır”.- deyə Zəvahiri deyib. Onunu çıxışını ilk növbədə “Əl Qaidə”yə yaxın olan “Əl Nüsrə Cəbhəsi” və “İraq və Levantanın İslam dövləti” qruplaşmalarına yönəldiyi güman olunur.

Ələ keçirdikləri ərazidə şəriət qanunları tətbiq edən hər iki qruiplaşma Suriya müxalifətinin liberal qanadını təmsil edən “Azad Suriya Ordusu” ilə toqquşmalara daxil olub. Toqquşmalar nəticəsində hər iki tərəfin mindən artıq döyüşçüsünün öldürüldüyü iddia olunur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti