Prezidentin köməkçisi xaricə gedənlərə xəbərdarlıq etdi

Prezidentin köməkçisi xaricə gedənlərə xəbərdarlıq etdi
  15 Avqust 2020    Oxunub:3466
“Xaricdə olan vətəndaşların ölkəyə gətirilməsində hər hansı problem yaşanmır”.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının qarşılıqlı razılaşma ilə daşınması həyata keçirilir.

"Yaxın günlərdə Mərkəzi Asiya ölkələrindən və digər ölkələrdən olan vətəndaşlarımız bərə vasitəsilə ölkəmizə gətiriləcək. Müəyyən qrafik əsasında Azərbaycanda olan Rusiya vətəndaşlarının Rusiyaya quru yolla keçidi təmin olunur. Eyni zamanda gələn həftə ərzində də bu meyarlarla Rusiyadan vətəndaşlarımızın ölkəmizə keçidi həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyac olmadığı təqdirdə xaricə səfərlər etməsinlər. Onlar nəzərə almalıdır ki, bunlar çarter reyslərdir. Mütəmadi deyil".

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Koronavirus   Operativ-Qərargah  





Xəbər lenti