Kiyev qarşıdurmalarından CANLI YAYIM

Kiyev qarşıdurmalarından CANLI YAYIM
  24 Yanvar 2014    Oxunub:1080
Müvəqqəti barışıq elan edilib.
AzVision.az RT-yəistinadən xəbər verir ki, etirazçılar artıq 5-ci sutkadır ki, Kiyevin Qruşevski küçəsində toplaşıb. Hökümət qüvvələrindən verilən xəbərə görə müvəqqəti güc tətbiqinin dayandırılması haqqında razılıq əldə edilib. Hər iki tərəf aktiv iştrakdan müvəqqəti də olsa əl çəkiblər.

Bu arada Yanvarın 28-də saat 10:00-da Ukrayna Ali Radasının növbədənkənar sessiyası işə başlayacaq. Yerli mətbuatın verdiyi xəbərə görə, bu barədə parlamentin mətbuat xidməti açıqlama yayıb.

Qeyd edək ki, Ali Radanın növbədənkənar sessiyasının çağırılması məsələsi Ukrayna prezidenti Viktor Yanukoviçlə parlamentin spikeri Vladimir Rıbakın bu gün keçirilən görüşündə müzakirə olunub. Spiker prezidentin bu təklifini dəstəkləyib və müxalifətin tələbi ilə hökumətin istefası məsələsinin müzakirə olunacağını istisna etməyib.

Ukrayna müxalifəti eyni zamanda daxili işlər naziri Vitali Zaxarçenkonun istefasını, mitinqlərdə tutulanların buraxılmasını və Maydanın dağıdılmasında iştirak edənlərin cəzalandırılmasını tələb edir.

Xatırladaq ki, yanvarın 19-dan davam edən aksiyalarda mitinqçilərlə polis arasında baş verən toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb.




Teqlər:





Xəbər lenti