Davudoğlu: BMT TŞ təcili qərar qəbul etməlidir

Davudoğlu: BMT TŞ təcili qərar qəbul etməlidir
  24 Yanvar 2014    Oxunub:1066
İkinci Dünya müharibəsindən bu yana ən böyük insan faciəsi Suriyada yaşanır. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Suriyada humanitar böhran" mövzusunda keçirilən sessiyada çıxışında bildirib.

Nazir BMT Təhlükəsizlik Şurasının Suriya problemi ilə bağlı təcili qərar qəbul etməli olduğunu deyib.

Ə.Davudoğlu çıxışında Türkiyədə olan 700 min suriyalı qaçqına bu günədək 2,5 milyard dollar vəsait sərf olunduğunu qeyd edib: "BMT Təhlükəsizlik Şurasından tək bir qərar xahiş edirəm. Bu vaxta qədər bir qərar belə yoxdur. Sadəcə bir açıqlama var. Şura təcili olaraq humanitar yardım karvanlarının keçidi, yardımların çatdırılması və digər məsələlərlə əlaqədar qərar qəbul etməlidir".
O bildirib ki, Suriyaya humanitar yardımların çatdırılmasına müxalifət deyil, Əsəd rejimi mane olur: "Rejim bütün suriyalıları qətlə yetirəcək".


Teqlər:





Xəbər lenti