Ruhani Rza Zərrabın həbsindən danışdı

Ruhani Rza Zərrabın həbsindən danışdı
  24 Yanvar 2014    Oxunub:1598
İran prezidenti Həsən Ruhani Türkiyədə qaçaqmalçılıq və rüşvət əməliyyatında saxlanan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın həbsinə münasibət bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident jurnalist Ərtoğrul Özkökün suallarını cavablandırarkən iş adamından danışıb. O, jurnalsitin “Türkiyədə 4 nazirin adının hallandığı qaçaqmalıçılıq məsələsindən yəqin xəbərdarsınız. İstintaqda iran əsilli iş adamı Rza Zərrab və İran vətəndaşı Babək Zəncaninin də adı hallanır. Bu hadisəni izləyirsiz?” sualına prezident belə cavab verib:

“Bu məsələ Türkiyənin daxili işidir. Bu məsələ bizim yox, Türk ədalətinin məsələsidir. Prosesləri izləyirik, amma bunun bizə aid bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, Rza Zərrab 2013-cü il dekabrın 17-də rüşvət və qaçaqmalıçılıq əməliyyatı zamanı saxlanılıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti