Aİ Füle və Eştonu Ukraynaya göndərdi
Avropa İttifaqı Ukrayna iqtidarı ilə müxalifəti arasında dialoqda iştirak etməyə hazırdır. AzVision.az xəbər verir ki, bu missiya ilə Kiyevə Avropa Birliyinin Genişlənmə və Qonşuluq məsələləri üzrə komissarı Ştefan Füle və,qurumun Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton gedir.
FüleNin Kiyevə səfəri bu gün , K. Eştonun səfəri isə gələn həftə gerçəkləşəcək.
Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu , Ukrayna prezidenti Viktor Yanukoviçlə telefon danışığı zamanı qurumun dəstəyini əsirgəməyəcəyini bildirmişdi.
S. Həsənova
Teqlər: