Co Bayden Rusiyaya mesaj yolladı

Co Bayden Rusiyaya mesaj yolladı
  21 Avqust 2020    Oxunub:2592
Demokrat Partiyasının qarşıdan gələn prezident seçkilərində namizədi Co Bayden Rusiyanın ABŞ hərbçilərinə qarşı sui-qəsd təşkil etməsinə icazə verməyəcəyinə söz verib.
Azvision.az xəbər verir ki, Bayden bu barədə partiyanın qurultayı zamanı deyib. O, qeyd edib ki, pul qarşılığında cinayətlərin təşkil edilməsinə səbr göstərməyəcək.

Bundan əvvəl "New York Times" yazıb ki, Rusiya "Taliban" hərəkatının silahlılarını Əfqanıstandakı beynəlxalq koalisiyanın hərbçilərinə hücumlar həyata keçirməyə təşviq edib. Rusiya tərəfi bu məlumatı təkzib edib. Eyni zamanda, "Taliban" hərəkatı da yayılan məlumatların reallığa uyğun olmadığını bildirib.

Daha sonra "Washington Post" bir neçə ABŞ hərbçisinin Rusiya və "Taliban" arasındakı gizli sövdələşmə nəticəsində Əfqanıstanda öldürüldüyünü yazıb.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində ona və vitse-prezidentə Rusiyanın Əfqanıstandakı ABŞ əsgərlərinə hücumlar etməsi barədə məlumat verilmədiyini deyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti