Afrikada COVID-19-a yoluxanların sayı sürətlə artır

Afrikada COVID-19-a yoluxanların sayı sürətlə artır
  21 Avqust 2020    Oxunub:2012
Afrika qitəsində son 24 saatda 10 min 411 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 162 min 148 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 333 nəfər artaraq 27 min 18-ə yüksəlib.

Qitədə koronavirusdan ölənlərin sayına görə, ilk sıralarda Cənubi Afrika (12 618) , Misir (5 212) və Əlcəzair(1411) qərarlaşıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Afrika  





Xəbər lenti