Braziliyada koronavirusdan daha 1204 nəfər ölüb

Braziliyada koronavirusdan daha 1204 nəfər ölüb
  21 Avqust 2020    Oxunub:2201
Braziliyada son 24 saat ərzində 1204 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 112 min 304-ə yüksəlib. Yoluxma sayı 45 min 323 nəfər artaraq 3 milyon 501 min 975-ə çatıb. İndiyədək 2 milyon 653 min 407 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Brazilya   virus  





Xəbər lenti