Özbəkistanda yoluxma sayı 581 nəfər artdı

Özbəkistanda yoluxma sayı 581 nəfər artdı
  21 Avqust 2020    Oxunub:2758
Özbəkistanda son sutka ərzində daha 581 nəfər koronavirusa yoluxub, 6 nəfər pandemiyanın qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 37 693 nəfərdir. İndiyədək 33 min 442 pasiyent sağalıb.

Hazırda 3997 nəfər stasionar müalicədədir, onlardan 255-nin vəziyyəti ağır, 66 nəfərin durumu isə kritikdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Özbəkistan   virus  





Xəbər lenti