Volkan Bozkırla Yaşar Əliyev telefonla danışdı

Volkan Bozkırla Yaşar Əliyev telefonla danışdı
  21 Avqust 2020    Oxunub:3018
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırla Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Bozkır “Twitter” hesabında yazıb.

“Azərbaycan, Qırğızıstan və Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndələri ilə telefon danışıqlarımız oldu. BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının gündəliyində duran prioritetlərə dair fikir mübadiləsi apardıq", - deyə Bozkır qeyd edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər:





Xəbər lenti