Girov götürülən nazir sərbəst buraxıldı

Girov götürülən nazir sərbəst buraxıldı
  21 Avqust 2020    Oxunub:2972
Malinin devrilmiş Prezidenti İbrahim Bubakar Keytanın ən yaxın silahdaşlarından biri İqtisadiyyat və maliyyə naziri sərbəst buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi Malidə hərbçilərin yaratdığı Xalqın Qurtuluşu üzrə Milli Komitəyə (NKSN) istinadən məlumat yayıb.

Malinin İqtisadiyyat və maliyyə naziri Abdulay Daffe 18 avqustda hərbçilər tərəfindən girov götürülən ilk hökumət üzvlərindən biri idi. Üsyançılar səhər saat 8 radələrində onun kabinetinə girib naməlum istiqamətə aparmışdılar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali  





Xəbər lenti