Navalnının ilkin diaqnozu açıqlandı

 Navalnının ilkin diaqnozu açıqlandı
  21 Avqust 2020    Oxunub:3585
Rusiyanın müxalifət lideri, bloger Aleksandr Navalnının ilkin diaqnozu açıqlanıb.
Azvision.az xəbər verir ki, 1 nömrəli Omsk təcili tibbi yardım xəstəxanasının baş həkimi Anatoli Kaliniçenko onun əsas diaqnozunun metabolik pozğunluq olduğunu deyib.

Həkimin sözlərinə görə, bu, qan şəkərinin kəskin düşməsinə səbəb olub.

Xatırladaq ki, daha əvvəl Navalnının zəhərləndiyi iddia olunurdu.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Omsk  





Xəbər lenti