İranda koronavirusdan daha 112 nəfər ölüb

İranda koronavirusdan daha 112 nəfər ölüb
  21 Avqust 2020    Oxunub:2510
İranda son sutka ərzində daha 112 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 20 min 376 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2206 nəfər artaraq 354 min 764-ə yüksəlib.

İndiyə qədər 305 min 886 pasiyent sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti