Ərdoğan hamının gözlədiyi müjdəni verdi

 Ərdoğan hamının gözlədiyi müjdəni verdi
  21 Avqust 2020    Oxunub:12057
Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirib.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, “Fatih” qazma gəmisi 20 iyul 2020-ci ildən başlayaraq “Tuna 1” kəşfiyyat zonasında işləyir və 320 milyard kubmetr təbii qaz ehtiyatı tapıb.

“Bu əməliyyatı tamamilə milli vasitələrlə həyata keçirdik. Bütün test, mühəndislik işləri tamamlanıb. Bu, çox zəngin yatağın bir parçasıdır və davamı da gələcək”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, illərlə enerji sahəsində xarici asılılığa görə sıxıtı çəkən ölkə olaraq, bundan sonra gələcəyə daha inamla baxmağa başlayacağıq.

Ərdoğanın sözlərinə görə, təbii qazın 2023-cü ildə insanlara çatdırılması gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti