Lukaşenko müxalifətlə dialoqdan imtina etdi

Lukaşenko müxalifətlə dialoqdan imtina etdi
  21 Avqust 2020    Oxunub:2856
Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifətin Kordinasiya Şurası ilə dialoqdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.

Bildirilib ki, Lukaşenko yalnız əmək kollektivləri ilə görüşəcək.

"Niyə biz kiminsə çaldığına oynamalıyıq? Biz seçkilər keçirdik, bundan sonra gəlin rahat yaşayaq. Onların (Koordinasiya Şurasının) dediyi kimi danışmaq istəyirsiniz, budur, mən sizinlə bir dialoq aparıram. Mən yalnız əmək kollektivləri ilə dialoq aparacağam".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   Lukaşenko  





Xəbər lenti