Navalnı səhhəti sabitləşənə kimi Omskda qalacaq

Navalnı səhhəti sabitləşənə kimi Omskda qalacaq
  21 Avqust 2020    Oxunub:3087
Rusiyanın müxalifət lideri, siyasi bloger Aleksandr Navalnı səhhəti sabitləşənə kimi Omsk xəstəxanasında qalacaq.
Azvision.az xəbər verir ki, bu barədə 1 saylı Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski bildirib.

Onun sözlərinə görə, Almaniyadan olan mütəxəssislərin iştirakı ilə keçirilən məsləhətləşmələr zamanı xəstənin nəqlinin riskli olacağı qənaətinə gəlinib.

"Navalnı vəziyyəti sabitləşə kimi Omskda qalacaq. Bütün kompleks tədbirlər görülür. Bizə heç kim etiraz etməyib", - deyə həkim əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti