Yanukoviçdən yeni təyinat

Yanukoviçdən yeni təyinat
  24 Yanvar 2014    Oxunub:953
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Kluyev prezident administrasiyasının yeni rəhbəri təyin olunub.
AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,əvvəlki administrasiya rəhbəri Sergey Levoçkin yanvarın 17-də vəzifəsindən kənarlaşdırılmışdı.

Ukrayna mətbuatının məlumatına görə, Levoçkinin istefası 2013-cü il noyabrın 30-da Kiyevin mərkəzindəki aksiyaların amansızcasına dağıdılmasına etiraz etməsi ilə bağlı olub. Keçmiş administrasiya rəhbəri Yanukoviçin başqa qərarı ilə onun məsləhətçisi təyin olunub.

Müxalifətdəki “Batkovşina” partiyasının sədr müavini Sergey Sobelev isə Kluyevi aksiyaların zorakı yolla dağıdılmasında əsas baiskarlarından sayır.
“Mən əminəm ki, Yanukoviç son hadisələrdən ibrət götürməyib. Fikirləşirəm ki, onu bu böhrana sürükləyən Kluyev əvvəlki kimi yaranmış vəziyyətin güc yolu ilə həll olunmasına çalışacaq”.
Müxalifətin hökümətin istefaya göndərilməis ilə bağlı məsələyə toxunan baş nazir Nikolay Azarov isə belə bir səlahiyyətin parlamentə məxsus olduğunu vurğulayıb.

“Hökumətin istefa verməsi parlamentin səlahiyyətlərində olan bir məsələdir. Əgər parlamentdə kifayət qədər səs toplanarsa, onda hökumət istefaya gedəcək. Mən artıq demişəm ki, bu prosedur mümkündür”.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti