Gül Ərdoğandan danışdı

Gül Ərdoğandan danışdı
  24 Yanvar 2014    Oxunub:1502
Türkiyə prezidenti Abdullah Gül, Bilal Ərdoğanın” “ifadə verməyə hazıram” deməsinə münasibət bildirib.

Prezident bildirib ki, Bilal Ərdoğan çox yaxşı deyib: “İfadə vermək lazımdırsa, ifadə verərik deyib, Bilal. Gözəl bir söz deyib”.

Türkiyədəki Balyoz əməliyyatından danışan Abdulla Gül məhkəmənin verə biləcəyi hər hansı bir qərardan xəbərsiz olduğunu da açıqlayıb. O, qeyd edib ki, hüquq sistemi çərçivəsində son qərar dəqiqləşənə qədər bütün prosesləri izləmək mümkündür.
A.Gül həmçinin Türkiyə Böyük Millət Məclisindəki davaya da münasibət bildirib. O, vurğulayıb ki, hamı öz dilinə sahib çıxmalıdır. Hamı nə söyləyəcəyini qabaqcadan müəyyən etsə, belə gərginliklər də baş verməz. Ümid edirəm ki, bu son olacaq”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti