Koçaryan Ermənistanı məhkəməyə verdi: Təzminat tələb edir

 Koçaryan Ermənistanı məhkəməyə verdi:  Təzminat tələb edir
  24 Avqust 2020    Oxunub:3430
Ermənistanın ikinci prezidenti Robert Koçaryan Maliyyə Nazirliyi timsalında respublikanı məhkəməyə verib.
Azvision.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Koçaryan qeyri-maddi ziyana görə kompensasiya olaraq iki milyon dram (4 min dollardan çox) tələb edir. İddia avqustun 19-da hakim Armenui Badiryana göndərilib.

Koçaryanın vəkili Ayk Alumyan iddia ərizəsinin səbəbinin, hakim Anna Danibekyanın martın 10-da keçirilən iclasda ikinci prezidentin icazəsi olmadan gizli olan məlumatları açıqlaması olduğunu söyləyib.

"Medianın iştirakı ilə tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxudu və bunlar qanunla qorunan şəxsi məlumatlardır", vəkil əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan  



Xəbər lenti