Lukaşenko müəllimləri hədələdi- "Onlara yerini göstərməliyik"

   Lukaşenko müəllimləri hədələdi-   "Onlara yerini göstərməliyik"
  24 Avqust 2020    Oxunub:3782
Belarus prezidenti Aleksandr Lukaşenko etiraz mitinqlərinə qatılan müəllimləri işindən qovmaqla hədələyib.
Azvision.az xəbər verir ki, bu barədə BelTa agentliyi məlumat yayıb. Dövlət başçısı təhsil naziri İqor Karpenkodan xahiş edbi ki, müəllimləri təzyiqlərdən qorusun. O, əlavə edib ki, hökumət artıq müəllimlərə və həkimlərə qarşı hər hansı bir təzyiqin qarşısını çox sərt şəkildə alaraq bu işlə fəal şəkildə məşğul olmağa başlayıb.

"Kimsə başqa düşərgəyə keçibsə, biz də onlara yerini göstərməliyik". Lukaşenko qeyd edib ki, respublikasında dövlət təhsili, dövlət məktəbləri və dövlət ideologiyası mövcuddur. Belarus liderinin sözlərinə görə, bu mövqe ilə razılaşanlar təhsil sahəsində işləyə bilər.

“İstəməyənlər o zaman məktəbdə olmamalıdırlar. Bunu birbaşa, açıq və vicdanla demək lazımdır".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Belarus   Lukaşenko  



Xəbər lenti