ÜST-ün koronavirus peyvənd proqramına 172 ölkə qoşulub

ÜST-ün koronavirus peyvənd proqramına 172 ölkə qoşulub
  24 Avqust 2020    Oxunub:2621
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirus infeksiyasına qarşı peyvəndin hazırlanması və yaylması üçün 172 ölkənin COVAX beynəlxalq mexanizminə qoşulduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, təşkilat bütün peyvənd istehsalçıları ilə işləyir, hazırda portfeldə doqquz dərman var.

Mexanizm, bütün qoşulan ölkələrin lisenziyalı və təsdiq edilmiş vaksinlərə bərabər çıxış əldə etməsini təmin etmək məqsədi daşıyır.

ÜST rəhbəri tərəfdaşlığa qoşulmaya dəvət məktubların bir həftə əvvəl bütün ölkələrə göndərildiyini xatırladıb.

Bundan əvvəl, ÜST-ün baş direktoru koronavirus peyvəndi ölkələr arasında bərabər paylanmalı olduğunu söyləyib və bu məsələdə millətçiliyin qarşısını almağa çağırdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST   Peyvənd  



Xəbər lenti