İranın şimal-qərbində atışma: 3 ölü

İranın şimal-qərbində atışma:    3 ölü
  24 Avqust 2020    Oxunub:2797
İranın Türkiyə ilə sərhədində yerləşən Maku şəhərində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib.
Azvision.az "Sepahnews"a istinadən xəbər verir ki, səhər saatlarında sərhədi keçmək istəyən terror qruplaşma üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən atışmada 3 terrorçu öldürülüb. Onların hansı təşkilata üzv olmaları və kimlikləri haqqında məlumat verilməyib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Terror  



Xəbər lenti