Türkiyədə 42 nəfər toyda koronavirusa yoluxub

 Türkiyədə 42 nəfər toyda koronavirusa yoluxub
  25 Avqust 2020    Oxunub:5703
Türkiyənin Bursa vilayətində toy şənliklərində iştirak edən 42 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Bursa şəhər Səhiyyə İdarəsinin rəhbəri Ömər Kaşıkcı bildirib.

Onun sözlərinə görə, toy mərasimlərinə gedən 150 nəfər karantinə alınıb.

Virusun son iki həftə ərzində keçirilən üç toyda iştirak edən beş nəfər tərəfindən yayıldığı ehtimal edilir.

Azvision.az


Teqlər: Türkiyə   Toy  



Xəbər lenti