Türkiyədə koronavirusla bağlı son vəziyyət

   Türkiyədə koronavirusla bağlı son vəziyyət
  25 Avqust 2020    Oxunub:3040
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1443 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6139, virusa yoluxanlar isə 259 692 nəfərə çatıb.

Türkiyədə indiyədək 237 908 pasiyent (son sutkada 743 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti