Kolumbiyada karantin ləğv edilir

Kolumbiyada karantin ləğv edilir
  25 Avqust 2020    Oxunub:2031
Kolumbiya hakimiyyəti avqustun 31-də başa çatacaq karantin rejimini uzatmamaq barədə qərar verib.
Azvision.az - ın məlumatına görə, bu barədə ölkə Prezidenti İvan Duke Boqotada çıxışı zamanı deyib.

"Sentyabrın 1-də yeni mərhələ başlayır. Məcburi təcridetmə əvəzinə, bütün vətəndaşlar üçün seçmə təcridetmə tətbiq olunur", Prezident vurğulayıb.

Onun sözlərinə görə, bir çox məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək və iqtisadiyyatın müxtəlif sahələrində işlər yenidən bərpa olunacaq.

Kolumbiya Prezidenti səhiyyə sahəsi ilə əlaqədar fövqəladə vəziyyətin noyabrın 30-dək davam edəcəyini söyləyib.

Xatırladaq ki, Kolumbiyada koronavirus infeksiyasına ilk yoluxma martın 6-da qeydə alınıb. Martın 17-də ölkədə 30 günlük fövqəladə vəziyyət elan edilib, beynəlxalq reyslər dayandırılıb.
Son məlumatlara görə, Kolumbiyada koronavirusa yoluxanların sayı 551 696 nəfərə çatıb, 17 612 nəfər dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kolumbiya   Karantin   Koronavirus  



Xəbər lenti