Rusiyada dərslərin təxirə salınması dəstəklənməyib

Rusiyada dərslərin təxirə salınması dəstəklənməyib
  25 Avqust 2020    Oxunub:2079
Yeni tədris ilinin başlamasını koronavirusa görə oktyabr ayına təxirə salmağa ehtiyac yoxdur, pandemiya şəraitində necə yaşamağı öyrənməliyik.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Sağlamlığın qoruması Komitəsinin üzvü Boris Mendeleviç deyib.

Daha əvvəl deputat Vasili Vlasov məktəbəqədər, məktəblilər və texnikumlarda tədris ilinin başlanmasını oktyabrın 1-dək təxirə salmağı təklif edib. Parlament üzvü Təhsil naziri Sergey Kravtsova müvafiq təklif göndərib.

“Şəxsən mən bu təkliflə razı deyiləm. Virus uzun müddət, bəlkə də əbədi olaraq bizimlədir. İndi əsas məsələ karantin tədbirlərini uzatmaq deyil, qaydalara əməl etməklə virusla yaşamağı öyrənməkdir", Mendeleviç bildirib.

Onun sözlərinə görə, bu, yalnız yeni koronavirusa deyil, həm də hazırda mövcud olan və gələcəkdə yarana biləcək bütün digər infeksiyalara aiddir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Duma   Təhsil  



Xəbər lenti