Türkiyədə terrora hazırlaşan İŞİD-çi saxlanıldı

Türkiyədə terrora hazırlaşan İŞİD-çi saxlanıldı
  25 Avqust 2020    Oxunub:2592
İstanbulda terror törətməyə hazırlaşan İŞİD üzvü yaxalanıb.
Azvision.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları şübhəli şəxsin Qaziantepdən İstanbula gəldiyini,Taksimdə kəşfiyyat apardığını və terror həyata keçirməyə hazırlaşdığını müəyyən ediblər.

Küçükçəkməcədə qaldığı oteldə yaxalanan terrorçunun otağında axtarış zamanı uzun lüləli silah, beş patron darağı və 150 ​​patron götürülüb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İstanbul   Polis  



Xəbər lenti