Kim Çen In komadadır - Sabiq köməkçi

Kim Çen In komadadır -  Sabiq köməkçi
  25 Avqust 2020    Oxunub:3076
Şimali Koreya lideri Kim Çen In bir neçə aydır ki, komadadır.
Azvision.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın keçmiş prezidenti Kim De-Çjunun köməkçisi olmuş Çan Son Min bildirib.

"Düşünürəm ki, o, koma vəziyyətindədir, amma ölməyib", Min deyib.

Sabiq köməkçi, həmçinin Kim Çen Inın ictimaiyyətə təqdim edilən son televiziya görüntülərinin düzəldildiyini hesab edir.

Onun sözlərinə görə, Kim Çen Inın bacısı Kim Yo Çenə hakimiyyətdəki boşluq səbəbindən rəhbərlik vəzifələrinin bir hissəsi verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ŞimaliKoreya   KimÇenIn  



Xəbər lenti