Timoşenko süni tənəffüs aparatına qoşulub

Timoşenko süni tənəffüs aparatına qoşulub
  25 Avqust 2020    Oxunub:3180
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko süni tənəffüs aparatına qoşulub.
Azvision.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Ötən həftə Timoşenko və ailəsinin koronavirusa yoluxduğu məlum olub. Ukraynanın keçmiş baş naziri qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qızı və kürəkəni yüngül xəstədir.

Siyasətçinin mətbuat katibi "hələ yaxşı bir xəbər yoxdur" deyib. Timoşenko intensiv terapiya kursu keçir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  



Xəbər lenti