Əmanətçilərə 480 milyon manata yaxın kompensasiya ödənilib
İyunun 1-dən avqustun 24-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 319,24 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 270 əmanətçiyə ödənilən məbləğ 126,97 mln. manat, "Atabank" üzrə isə 8 399 əmanətçiyə 192,26 mln. manat kompensasiya ödənilib.
Ümumilikdə, avqustun 24-nə ləğv prosesində olan 4 bank üzrə 20 360 əmanətçiyə 479,68 mln. manat kompensasiya ödənilib.
Azvision.az