Məmmədyarov Alasaniya ilə görüşdü - FOTO

 Məmmədyarov Alasaniya ilə görüşdü - FOTO
  18 Mart 2013    Oxunub:1591
Görüşdə tərəflər ərazi bütövlüyü prinsipinə qarşılıqlı dəstəyin göstərilməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərinin əlaqələndirilməsinin davam etdirilməsi haqda razılığa gəliblər.
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elmar Məmmədyarov ölkələrimiz arasında münasibətlərin inkişafının region üçün əhəmiyyətindən danışıb. Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkən xarici işlər naziri münaqişənin həll olunmamasının regionun təhlükəsizliyinə və sabitliyinə təhdid, eyni zamanda regionun inkişafına əsas maneə olduğunu deyib. Həmçinin, Elmar Məmmədyarov münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluq ifadə edən Gürcüstanın müdafiə naziri İrakli Alasaniya isə Gürcüstan Baş naziri Bidzina İvanişvilinin ilk rəsmi səfərinin məhz Azərbaycana etməsini ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığının göstəricisi olduğunu bildirib.

Görüşdə tərəflər ərazi bütövlüyü prinsipinə qarşılıqlı dəstəyin göstərilməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərinin əlaqələndirilməsinin davam etdirilməsi haqda razılığa gəliblər.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra regional məsələlər, xüsusilə region üçün müstəsna əhəmiyyəti olan nəqliyyat və enerji layihələri haqda fikir mübadiləsi aparılıb.

Qalereya




Teqlər:  





Xəbər lenti