Fil Hoqan istefa verdi

Fil Hoqan istefa verdi
  27 Avqust 2020    Oxunub:2312
Avropa İttifaqının ticarət üzrə komissarı Fil Hoqan istefa verib.
Azvision.az “İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Komissar İrlandiyada koronavirus rejiminin pozulması ilə bağlı yaranan siyasi qalmaqala görə istefa verib.

"Mən onun qərarına hörmət edirəm. Bu mandatının əvvəlindən ticarət komissarı kimi uğurlu fəaliyyətinə, əvvəlki idarə heyətində kənd təsərrüfatı üzrə müvəkkil kimi işinə görə ona minnətdaram. O kolleqiyanın dəyərli və hörmətli üzvü idi. Hoqana uğurlar arzu edirəm", - fon der Leyen deyib.

Xatırladaq ki, Hoqan bu yaxınlarda İrlandiyada təxminən 80 qonağın iştirak etdiyi şam yeməyinə qatılıb. Bu, İrlandiya hökuməti tərəfindən tətbiq olunan koronavirusla bağlı məhdudiyyətlərinin pozulması olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrlandiya     Komissar  



Xəbər lenti