Mayk Pens namizəd olmasına razılıq verib
"Prezident Donald Trampın Respublika Partiyasının dəstəyi ilə mənə göstərdiyi etimada görə minnətdarlığımı bildirirəm və ABŞ-ın vitse-prezidenti vəzifəsinə seçilmək üçün namizədliyimi irəli sürmək təklifini qəbul edirəm”, - Pens əlavə edib.
ABŞ-da vitse-prezident prezidentlə birlikdə seçilir. Hər iki namizəd təmsil etdikləri partiyanın qurultayı tərəfindən rəsmi olaraq təsdiqlənir və bundan sonra onlar namizəd olmağa razılıq verirlər. Prezident Donald Tramp bu gün qurultayın sonuncu günü namizədliyinə razılıq vermək niyyətindədir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ Vitse-prezident







Vaxtında, Aydın, Lazımlı!


