Yanukoviç Kiyev merini istefaya göndərdi
Bu arada polis şəhərə administrasiyasının binasını etirazçılardan azad etməyə hazırlaşır. Bunu binadakı müxalifətçilərin öncədən oğurlanmış 2 təhlükəsizlik əməkdaşını girov saxlaması ilə izah edirlər. 2 gün öncə prezident Yanukoviçlə müxalifət arasında zorakılığın dayandırılması ilə bağlı razılaşma ötən gecəki toqquşmalarla pozulub. Yenidən yanğınlar törədən müxalifət tərəfdarları həm də hüquq-mühafizə orqanlarına da hücum ediblər.
Ölkənin qərbində vilayət administrasiyalarının müxalifətçilər tərəfindən zəbt olunması isə ölkənin bölünəcəyi ilə bağlı fikrilərin aktivləşməsinə səbəb olub. Polşa baş naziri Donald Tusk da Ukraynadakı böhranın davam edəcəyi halda onun parçalanacağını düşünür. Polis əməkdaşının oğurlanaraq qətlə yetirilməsindən sonra tərəflər arasındakı gərginlik daha da artıb.
Xatırladaq ki, 2013-cü il noyabrın 30-da Kiyevin Müstəqillik meydanında etirazçılara qeyri-bərabər güc tətbiq olunmasına görə, vəzifə səlahiyyətlərini aşmaqla bağlı Ukrayna Baş Prokurorluğunun başladığı araşdırmalar zamanı Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sədr müavini Vladimir Sivkoviç, şəhər milis idarəsinin sabiq rəhbəri Valeri Koryaku və onun müavini Petr Fedçuk barədə istintaq tədbirləri başlanmışdı.
Vüqar İsmayılov