Belarusdakı etiraz nümayişləri sönməyəcək - Tixanovskaya

Belarusdakı etiraz nümayişləri sönməyəcək -  Tixanovskaya
  27 Avqust 2020    Oxunub:3399
Belarusdakı etiraz nümayişləri sönməyəcək.
Azvision.az
O bildirib ki, etirazlar sönməyib, həmişəki kimi davam edir.

“Əlbəttə ki, həftə ərzində intensivlik dərəcəsi aşağı düşə bilər, ancaq həftə sonu hər şey normal məcraya qayıdacaq", xanım siyasətçi əlavə edib.

Tixanovskaya, Belarus müxalifətinin Koordinasiya Şurası üzvlərinin İstintaq Komitəsində dindirilməsi üçün çağrılmalarını Belarus hakimiyyəti tərəfindən əhalini qorxutmaq üçün istifadə edilən adi üsul adlandırıb.

Tixanovskaya, həmçinin prezident seçkilərinin nəticələrinə qarşı davam edən kütləvi etirazların sonda ölkə Prezidenti Aleksandr Lukaşenko ilə müxalifət liderləri arasında görüşə səbəb olacağına inandığını bildirib.

"Hər şey həmişəki kimi davam edir. Dinc nümayişlər və tətillərin köməyi ilə hakimiyyət əlbəttə ki, Koordinasiya Şurası ilə danışıqlar aparmaq məcburiyyətində qalacaq. Belarus xalqı Lukaşenko və ya onun nümayəndələrini danışıqlar aparmağa məcbur edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Seçki  



Xəbər lenti