"Ermənistan gücündən böyük işlərə girişir" - Hulusi Akar

 "Ermənistan gücündən böyük işlərə girişir" -  Hulusi Akar
  27 Avqust 2020    Oxunub:5031
Azərbaycan türkü bizim qardaşımızdır. Biz bir millət, iki dövlətik.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Bizim kimin tərəfində olduğumuza heç kimin şübhəsi olmasın. Biz təbii ki, burada tərəfik. Qardaşlığın, haqqın, hüququn tərəfiyik”, - Akar söyləyib.

H.Akar əlavə edib ki, Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla öz gücündən çox üstün işlərə girişir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Hulusi-Akar   Nazir  



Xəbər lenti