Lukaşenko nümayişçilərə şərt qoydu

 Lukaşenko nümayişçilərə şərt qoydu
  27 Avqust 2020    Oxunub:3313
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, heç kim küçədən gələn" özbaşınalıq edən gəncərlə" danışıqlar masasına oturmayacaq. Dövlət başçısı yalnız ölkə konstitusiyasına dəyişikliklər barədə ilk növbədə əmək və tələbə kollektivləri ilə dialoq aparmağa hazır olduğunu deyib.
Azvision.az xəbər verir ki, bu barədə Sputnik Belarus məlumat yayıb.

"Buna görə də bütün əmək kollektivlərinin, tələbə kollektivlərinin nümayəndələri, gəlin danışıqlar masasına oturaq. Həm də kəndlilərin söz haqqı var, işçilər də öz sözlərini demək istəyirlər. Həmçinin bu müəssisələrin mütəxəssisləri, müəllimlər və həkimlər. Küçələrdə gəzən və dialoq istədiklərini qışqıran özbaşına gənclərlə isə dialoq olmayacaq.Onar heç bir dialoq istəmirlər. Hökumət nümayəndələrindən heç kim küçədən gələnlərlə danışıq masasına oturmayacaq".

Lukaşenko qeyd edib ki, dialqoun kiminlə aparıla biləcəyi ilə bağlı bu onun aydın fikri və bəyanatıdır.

"Müxalifət nümayəndələri arasında ölkəsini azad və müstəqil görən ağıllı insanlar varsa, buyursunlar, öz mövqelərini bildirsinlər, amma küçədə deyil. Belarusda küçələrin təzyiqi altında heç bir dialoq olmayacaq".

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Belarus   Lukaşenko  



Xəbər lenti