Rusiyada ikinci peyvənd sentyabrda hazır olacaq
"Sentyabr ayında daha bir peyvənd olmalıdır. İndi haqqında danışdığımız bu dərman Qamaley İnstitutu tərəfindən təklif, tədqiq edilib və qeydiyyata alınıb. İkinci dərman dediyim kimi, sentyabr ayında hazır olacaq. Tanınmış bir institut onun üzərində işləyir. Əminəm ki, mütəxəssislər insanlara çox kömək edəcək gözəl bir dərman hazırlayacaqlar",-deyə prezident Rusiya 1 kanalına verdiyi müsahibədə bildirib.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


