Tramp namizəd olmasına rəsmən razılıq verdi

Tramp namizəd olmasına rəsmən razılıq verdi
  28 Avqust 2020    Oxunub:3231
ABŞ lideri Donald Tramp rəsmi olaraq ikinci müddətə Respublika Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə razılıq verib.
Azvision.az - ın məlumatına görə, bu barədə Tramp respublikaçıların qurultayında çıxışı zamanı bəyan edib.

"Əziz amerikalılar, bu gün hədsiz minnətdarlıq və nikbinliklə, ABŞ prezidentliyinə namizədliyimi ürəkdən və dərin hörmətlə qəbul edirəm", Tramp deyib.

İştirakçılar onun bəyanatını uzun sürən alqışlarla qarşılayıb və bir neçə dəfə uca səslə "Daha dörd il", deyiblər

Tramp yenidən seçiləcəyi təqdirdə, koronavirus pandemiyasından sonra iqtisadiyyatı sürətlə bərpa edəcəyini və ABŞ-ı "istehsal super gücünə" çevirəcəyinə söz verib. Çinə qarşı "ən sərt" tədbirlərin görülməsini, Meksika ilə sərhəddəki divarın tamamlanacağını vəd edib.

O, Amerikanın həyat tərzini məhv edəcək demokratları radikal adlandırıb, rəqibi Co Baydenin koronavirusla bağlı karantini yenidən tətbiq edəcəyi və bununla da iqtisadiyyata zərbə vuracağı barədə fikirlərini bildirib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Tramp və vitse-prezident Mayk Pens, vitse-prezidentliyə namizəd Kamala Harris ilə birlikdə mübarizə aparan demokrat namizəd Co Baydenlə yarışacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Prezident   Seçkilər   Namizəd  



Xəbər lenti