Tramp özünü Linkolnla müqayisə edib
O, Avram Linkolndan bəri afroamerikalılar üçün hər hansı bir prezidentdən daha çox iş gördüyünü bildirib.
"Mən afroamerika icması üçün Co Baydendən daha çox iş görmüşəm. Yenidən seçildiyim təqdirdə, daha da yaxşı olacaq", - Tramp deyib.
Xatırladaq ki, 1861-1865-ci illərdə ABŞ Prezidenti olan Linkoln ölkədə köləliyi ləğv edib, vətəndaş müharibəsinin qarşısı alınıb. O, respublikaçıların ilk prezidenti olub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞPrezidenti







Vaxtında, Aydın, Lazımlı!


