Afrikada COVID-19-a yoluxanların sayı artır

Afrikada COVID-19-a yoluxanların sayı artır
  28 Avqust 2020    Oxunub:2387
Afrika qitəsində son 24 saatda 8 min 685 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 225 min 249 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 254 nəfər artaraq 28 min 910-a yüksəlib. Yoluxanlardan 957 min 854 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə, ilk sıralarda Cənubi Afrika (13 628) , Misir (5 342) və Əlcəzair(1475) qərarlaşıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika   virus  



Xəbər lenti