Braziliyada daha 984 nəfər virusdan öldü

Braziliyada daha 984 nəfər virusdan öldü
  28 Avqust 2020    Oxunub:2313
Braziliyada son 24 saat ərzində 984 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 118 min 649-a yüksəlib. Yoluxma sayı 44 min 235 nəfər artaraq 3 milyon 761 min 391-ə çatıb. İndiyədək 2 milyon 947 min 250 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya   yoluxma  



Xəbər lenti