Norveç səfiri Rusiya XİN-ə çağrılıb
Səfirin XİN-ə çağrılmasına səbəb rusiyalı diplomatın persona non-qrata elan edilməsi və Norveçdən çıxarılması barədə qərardır.
Qeyd edək ki, Norveç Polis Təhlükəsizlik Xidməti avqustun ortalarında dövlət sirrini Rusiya kəşfiyyatçısına verməkdə şübhəli bilinən 50 yaşlı kişinin tutulduğunu elan edib. O, Norveçin əsas maraqlarına zərər vura biləcək məlumatı xarici dövlətə ötürməkdə ittiham olunur.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


