Meksikada virus qurbanlarının sayı 62 mini keçdi

Meksikada virus qurbanlarının sayı 62 mini keçdi
  28 Avqust 2020    Oxunub:3092
Meksikada son sutka ərzində 518 nəfər koronavirusun qurbanı olub. Bununla ölkədə virusdan ölənlərin sayı 62 594 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxma sayı 626 nəfər artaraq 597 914 -ə yüksəlib. İndiyə kimi 400 479 nəfər infeksiyadan sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Meksika  



Xəbər lenti