RF ordusu 2042-yə kimi Tacikistanda qalır
Görüşdə ölkələr arasında əlaqələrin indiki vəziyyəti və perspektivləri, ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Tacikistan Dövlətlərarası Komissiyasının dünən başa çatan iclasının yekunları, ölkələr arasında imzalanmış sənədlərin ölkə parlamenti tərəfindən paraflanması, tacik miqrantların Rusiya ərazisində qalma müddətinin 3 ilədək uzadılması və digər məsələlər müzakirə edilib.
Tacikistan Prezidenti demişdir: “Ümid edirəm ki, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və Tacikistandakı Rusiya hərbi bazasının ölkəmizdə qalma müddətinin 2042-ci ilədək uzadılması ilə bağlı sazişin paraflanması haqqında sənədi şəxsən Rusiya Prezidentinə təqdim edəcəyəm”.
Teqlər: