Rusiyada dərslər sentyabrın 1-də başlayacaq

Rusiyada dərslər sentyabrın 1-də başlayacaq
  29 Avqust 2020    Oxunub:3274
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də məktəblilərin və tələbələrin təhsil müəssisələrinə gedəcəyini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə Putin “Rossiya 1” kanalına müsahibəsində deyib.

Rusiya lideri maska taxmağın bəzən çətin olduğunu anladığını, bununla belə həkimlərin tələblərinə mümkün qədər əməl etmək üçün tələb olunan hər şeyi etməyə çağırıb.

"Bəli, əlbəttdə, həm regional, həm də hökumət səviyyəsində qərar verilib. Bir daha təkrar edirəm, sanitar həkimlərin tələblərini mümkün qədər yerinə yetirmək üçün hər şey edilməlidir", Putin vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Məktəb  





Xəbər lenti