Kiyev Şəhər Dövlət Administrasiyasının yeni rəhbəri təyin edildi

Kiyev Şəhər Dövlət Administrasiyasının yeni rəhbəri təyin edildi
  26 Yanvar 2014    Oxunub:2778
Vladimir Makeyenko Kiyev Şəhər Dövlət Administrasiyasının (KŞDA) yeni rəhbəri təyin edilib.

AzVision.az xəbər verir ki, bu təyinat barədə fərman yanvarın 25-də Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Regionlar partiyası fraksiyasını təmsil edən, Ukraynada bir neçə çağırış xalq deputatı olmuş V.Makeyenko hazırda Ukrayna Ali Radasının reqlament, deputat etikası və parlament fəaliyyətinin təmin edilməsi komitəsinin rəhbəridir.

Xatırladaq ki, onun sələfi Aleksandr Popov keçən il 30 noyabr hadisələri zamanı “Evromaydan” nümayişi dağıdılandan sonra KŞDA rəhbəri vəzifəsindən kənarlaşdırılıb.


Teqlər:





Xəbər lenti