Yaponiya bu tarixdə yeni Baş nazir seçəcək

Yaponiya bu tarixdə yeni Baş nazir seçəcək
  29 Avqust 2020    Oxunub:3423
Yaponiyanın hakim Liberal Demokrat Partiyası təxminən 15 sentyabr tarixinə qədər yeni Baş naziri seçəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, daha əvvəl istefa verən Yaponiyanın Baş naziri Şinzo Abe varisinin adını açıqlamaqdan imtina edib.

Keçmiş Müdafiə naziri Siqeru İsiba və keçmiş Xarici İşlər naziri Fumio Kişida Yaponiya hökumətinin başçısı vəzifəsinə namizədliklərini irəli sürmək istədiklərini açıqlayıblar.

Həmçinin, Nazirlər Kabinetinin baş katibi Yoçinda Suqa və Müdafiə naziri Taro Kono da ehtimal edilən namizədlərdir.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Şinzo Abe səhhətinə görə istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya   Baş-nazir  





Xəbər lenti