Suriya danışıqları bazar ertəsi başlayacaq

Suriya danışıqları bazar ertəsi başlayacaq
  26 Yanvar 2014    Oxunub:1157
Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar bazar ertəsi başlayacaq.
Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar Cenevrədə bazar ertəsi başlayacaq, bundan əvvəl yalnız məsləhətləşmələr olub. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Suriya müxalifətinin nümayəndə heyətinin rəsmi nümayəndəsi Luay Safi bildirib.

"İndi yalnız məsləhətləşmələr aparılıb. Əsas danışıqlar bazar ertəsi başlayacaq. Danışıqlar zamanı biz keçid hökumətinin yaradılmasını müzakirə edəcəyik", - Safi deyib.

"Cenevrə-2" beynəlxalq konfransı çərçivəsində Suriya hakimiyyətinin müxalifət nümayəndə heyəti ilə görüşün ilk mərhələsi şənbə günü baş tutub, danışıqlarda BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Brahimi iştirak edib.


Teqlər:





Xəbər lenti